Haqqımızda Reklam
30 
Mar
2026
16:33
11
8
1447

Marneulidə çörək niyə bahalaşdı? 10 tetri artımın arxasında nə dayanır? istehsalçılardan açıqlama (VİDEO)

Son günlər Marneulidə çörəyin qiymətinin 10 tetri bahalaşması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Un istehsalçıları qiymət artımının olmadığını bildirir, siyasi və ictimai fəallar isə qiymətlərin yalnız Marneulidə süni şəkildə artırıldığını iddia edirlər. Çörək istehsalçıları isə bahalaşmanın mövcud şərtlər əsasında baş verdiyini qeyd edirlər. 24News.ge xəbər portalına məlumat verən “Agrossystem” şirkətinin direktoru Rəna Babayeva bildirib ki, bu mərhələdə unun qiymətində artım qeydə alınmayıb. Onun sözlərinə görə, qarşıdakı aylarda da qiymətlərin stabil qalacağı gözlənilir. Siyasi və ictimai fəallar qiymətlərin yalnız Marneulidə artmasını birmənalı şəkildə tənqid edir və bahalaşmanın yerli çörək istehsalçıları tərəfindən süni şəkildə yaradıldığını bildirirlər. Onlar yaranmış vəziyyətlə bağlı yerli icra rəhbərlərinə və parlament üzvlərinə müraciət edərək qeydə alınan qiymət artımının araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edirlər. Bəs ümumilikdə Marneulidə çörəyin qiyməti hansı səbəblərdən 10 tetri bahalaşıb? Bahalaşmaya hansı amillər təsir edib? Bütün bu suallarımıza Marneulidə çörək istehsalı ilə məşğul olan fərdi sahibkar Elvin Namazov aydınlıq gətirib. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge