Haqqımızda Reklam
07 
Fev
2026
21:12
8
27
1321

Qızılın qiyməti bir gündə 10 lari bahalaşıb

Dünya birjalarında qızılın qiymətində artım qeydə alınıb. Son ticarət nəticələrinə əsasən, qiymətli metalın 1 unsiyasının dəyəri 4 966 dollar təşkil edib. Bu isə bir gün ərzində qiymətin 189 dollar yüksəldiyini göstərir. 24News.ge xəbər verir ki, bu barədə Gold Price platformasının məlumatında qeyd olunub. Beynəlxalq bazar məlumat platformasının açıqladığı göstəricilərə görə, qızılın qiyməti sutka ərzində 3,9%, son bir ayda isə 11% artıb. İllik müqayisədə isə qiymətli metalın dəyəri 73% yüksəlib. Qiymət artımı yerli bazarda da hiss olunur. Gürcüstanda 999 əyarlı qızılın 1 qramının qiyməti hazırda təxminən 453 lari səviyyəsində dəyişir. Müqayisə üçün qeyd edək ki, fevralın 6-da 1 qram qızıl 443 lari idi. Beləliklə, qızıl son bir gün ərzində 10 lari bahalaşıb.

www.24news.ge