Haqqımızda Reklam
30 
Okt
2025
13:31
25
1
3102

Lejbədinli kəndinin sakinləri təhlükə ilə üz-üzə qalıblar (VİDEO)

Marneuli bələdiyyəsinin Lejbədinli kəndinin sakinləri təhlükə ilə üz-üzə qalıblar. 24News.ge xəbər portalına müsahibə verən kənd sakinlərin sözlərinə görə, “Heydarberq” şirkətinə məxsus daş karxanası kəndin otlaq sahələrini zəbt edir, çayın məcrasını dəyişərək onun təbii axarını pozur. Ərazidə yaranan dərin çuxurlar isə təhlükə mənbəyinə çevrilir. Sakinlərin bildirdiyinə görə, şirkət nümayəndələri qazıntı işlərinin kənd ərazisinə doğru davam etdiriləcəyini açıqlayıblar. Kürtlər və Qullar ərazi vahidliyi üzrə bələdiyyə deputatı Ömər İrişov xəbər portalımıza müsahibəsində bildirib ki, sözügedən ərazilər şirkətə təxminən 15 il əvvəl satılıb. Mövzu ilə bağlı əməkdaşlarımızın hazırladığı geniş reportajı sizə təqdim edirik:

www.24news.ge