Haqqımızda Reklam
03 
Okt
2025
10:53
44
3
744

Karelidən olan idmançımız Mirzə Hacıyev MMA üzrə dünya çempionatının vitse-çempionu olub

Paytaxt Tbilisidə keçirilən MMA üzrə dünya çempionatında 79.4 kq çəki dərəcəsində çıxış edən Mirza Hacıyev final qarşılaşmasında turniri gümüş medalla başa vurub. 24News.ge xəbər verir ki, Hacıyev finalda Bəhreyn təmsilçisi Qimbat Maqomedovla qarşılaşıb. Gərgin keçən döyüş hakimlərin qərarı ilə Maqomedovun xeyrinə başa çatıb və o, dünya çempionu elan olunub. Bu nəticə ilə Gürcüstan yığması üçün turnirdə ümumilikdə beşinci medal təmin olunub. Bundan əvvəl Gia Qatikaşvili (gənclər, 83.9 kq) və Roman Çoçişvili (83.9 kq) bürünc medal, Lekso Sabanadze (gənclər, 97+ kq) və Mariam Topuria (79.4 kq) gümüş medal qazanıblar.

www.24news.ge