Haqqımızda Reklam
24 
Iyn
2026
14:52
6
0
293

Gürcüstanda 379 mindən çox uşaq sosial müdafiəyə ehtiyacı olan ailələrin bazasında qeydiyyatdadır

Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 2025-ci il üzrə hesabatında ölkədə uşaq hüquqları, təhsil, qadınların təhlükəsizliyi, bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə sahələrində ciddi problemlərin qalmaqda davam etdiyi bildirilir. 24News.ge xəbər verir ki, hesabata əsasən, 2025-ci il üzrə “Sosial müdafiəyə ehtiyacı olan ailələrin vahid məlumat bazası”nda 379 957 uşaq qeydiyyatdadır. Onlardan 23 322-si cari ildə ilk dəfə olaraq bazaya daxil edilib. Sənəddə qeyd olunur ki, sosial müdafiə proqramlarından yararlanan uşaqların və ailələrin sayının artmasına baxmayaraq, mövcud mexanizmlər əsasən reaktiv xarakter daşıyır və ailələrin uzunmüddətli gücləndirilməsi, eləcə də müstəqil fəaliyyətinin təmin edilməsi baxımından yetərli deyil. Ombudsmanın hesabatında uşaqların zorakılıqdan müdafiəsi mexanizmlərindəki çatışmazlıqlar, uşaq yoxsulluğu və bunun sağlamlıq, təhsil, inkişaf və digər fundamental hüquqlara mənfi təsiri geniş şəkildə təhlil edilir. Təhsil sahəsində də narahatedici tendensiyaların davam etdiyi vurğulanır. Məlumata görə, 2025-ci ildə 7 248 şagirdin təhsil statusu müvəqqəti dayandırılıb, 1 366 şagird isə məktəbli statusunu tamamilə itirib. Hesabatda məktəblərin bir hissəsinin infrastruktur problemləri və çoxnövbəli tədris sisteminin davam etməsinin uşaqların məktəbdənkənar və qeyri-formal fəaliyyətlərdə iştirakına mənfi təsir göstərdiyi qeyd olunur.

www.24news.ge