Haqqımızda Reklam
17 
Sen
2019
12:58
3
0
312

Gürcüstan səhiyyə sisteminin ən böyük problemi nədir? - Araşdırma

Gürcüstan əhalisinin 47%-i tibb sistemi qarşısında duran ən önəmli problem olaraq dərman qiymətlərinin bahalığını göstərilir, 27% isə prefesional həkim və tibbi personalın azlığını ən önəmli problem sayır, 14% üçün isə tibb sistemi qarşıaındakı ən önəmli problem həkim konsultasiyalarının qiymətləridir. 24News.ge xəbər verir ki, bu NDI-nın araşdırmasında göstərilib. Milli Demokratiya İnstitutunun (NDI) apardığı sorğunun nəticələrinə əsasən, əhalinin 47%-i tibb sistemi qarşısında duran ən önəmli problem olaraq dərman qiymətlərinin bahalığını göstərir, 27% isə prefesional həkim və tibbi personalın azlığını ən önəmli problem sayır, 14% üçün isə tibb sistemi qarşıaındakı ən önəmli problem həkim konsultasiyalarının qiymətləridir. Sorğu içtirakçılrarının 5%-i tibb sistemi qarşısında ən önəmli problem olaraq dərmanların keyfiyyətsizliyini, 3%- xəstəxanaların zəif infrastrukturunu, qalan qisim isə sanitar vəziyyətin qənaətbəxş olmadığını qeyd edir. Sorğuya əsasən, 58% əhali səhiyyə sistemindən müəyyən dərəcədə razı olduğunu, 13%-çox razı olduğunu, 16% müəyyən dərəcədə narazı olduğunu, 9% isə narazı olduğunu qeyd edir. Sorğu iştirakçılarının 3%-i ünvanlanan suala cavab verməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989