Haqqımızda Reklam
17 
Sen
2019
12:12
2
0
243

Gürcüstanın milli azlıqları ölkənin Avropa İttifaqı və NATO-ya üzvlüyünü dəstəkləyir

Gürcüstanda rəyi soruşulanların 78%-i ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir. 24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib. Respondentlərin 14%-i ölkənin Aİ-yə qoşulmasını qəbuledilməz hesab edib, 8%-i isə müvafiq suala cavabı bilməyib. Milli azlıqlardan olan respondentlərin 57%-i Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14%-i əleyhinə olduğunu, 26%-i isə “bilmirəm” deyə cavab verib. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlər isə 71%, dəstəkləməyənlər 17%, müvafiq sualın cavabını bilməyənlər isə 7% təşkil edib. Milli azlıqları təmsil edən respondentlər arasında ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlər 36% təşkil edib. Onların 15%-i üzvlüyün əleyhinə olduğunu söyləyib, 46%-i isə sualı cavablandırmayıb. Qeyd edək ki, NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989