Haqqımızda Reklam
17 
Apr
2024
13:15
34
4
1160

Gürcüstan hökuməti Qərbin milyonlarla maliyyəsi ilə hansı layihələri həyata keçirir? - SİYAHI

100-ə yaxın məktəbin yenidən bərpa və tikintisi, Tbilisi metrosunun modernləşdirilməsi, bir sıra regionlarda magistral yolların və su təchizatı layihələri və s. Bütün bunlar hamısı Qərbin maliyyəsi ilə həyata keçirilir. 24News.ge xəbər verir ki, bu barədə "Transparency International - Georgia" təşkilatının araşdırmasında qeyd olunur. Təşkilatın məlumatına görə, layihələrin ümumi dəyəri 5,7 milyard lari təşkil edir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) layihələri: ●► Kuşeti-Kobi avtomobil yolunun tikintisi - 472 milyon lari; ●► Tbilisi metrosunun modernləşdirilməsi layihəsi - 196 milyon lari; ●► 100-ə yaxın dövlət məktəbinin yenidən qurulması - 99 milyon lari; ●► Vardnili və Engurhesi reabilitasiya layihəsi - 95 milyon lari; ●► Tskaltubo - Lajanuri elektrik ötürücü xətti - 88 milyon lari; ●► Acarıstan məişət tullantıları layihəsi - 42 milyon lari; ●► Tbilisi ictimai nəqliyyatı üçün 226 avtobusun alınması - 32 milyon lari; ●► Kvemo Kartli tullantılarının idarə edilməsi layihəsi - 17 milyon lari; ●► Tbilisi məişət tullantılarının idarə edilməsi layihəsi - 14 milyon lari; ● Avropa İnvestisiya Bankının (AİB) layihələri: ●► Rustavi-Qırmızı körpü yolunun tikintisi - 579 milyon lari; ●► Algeti-Sadxlo avtomobil yolunun tikintisi - 380 milyon lari; ●► Kutaisi su (kanalizasiya) layihəsi - 321 milyon lari; ●► Magistral yolun Samtredia-Qriqoleti hissəsinin tikintisi - 280 milyon lari; ●► Chumateleti-Xevi avtomobil yolunun tikintisi - 135 milyon lari; ●► Osiauri-Rikoti magistral yolunun tikintisi - 120 milyon lari; ●► Zemo Samqori suvarma sisteminin bərpası - 31 milyon lari; ●► Ubisa-Şorapni magistral yolunun tikintisi - 22 milyon lari; ●► Qriqoleti-Çoloki yolunun tikintisi - 20 milyon lari. ● Avropa Birliyinin layihələri: ●► Xaşuri və yaxın yaşayış məntəqələrinin su təchizatı sistemlərinin yaxşılaşdırılması - 270 milyon lari; ●► Acarıstan kəndlərinin su təchizatı proqramı - 118 milyon lari; ●► Tskaltubo-Axalsixe-Thortum elektrik ötürücü xətti - 117 milyon lari; ●► Tbilisinin 8 dövlət məktəbinin bərpası (E5P) - 39 milyon lari; ●► Quriya elektrik ötürücü xətlərinin infrastrukturunun gücləndirilməsi - 35 milyon lari; ●► Dağlıq rayonlarda dövlət məktəblərinin bərpası (E5P) - 22 milyon lari. ● Almanya Yenidənqurma Kredit Bankının (KFW, Dövlət Bankı) layihələri: ●► İmereti və Kazbegi bələdiyyələrində infrastrukturun yaxşılaşdırılması - 322 milyon lari; ●► Batuminin bələdiyyə infrastrukturunun bərpası - 158 milyon lari; ●► İctimai binalarda enerji səmərəliliyinin artırılması - 150 milyon lari; ●► İctimai nəqliyyatın inkişafı - 130 milyon lari; ●► Kheledula-Lajanuri-Oni elektrik ötürücü şəbəkəsinin inkişafı - 123 milyon lari; ●► Kaxeti və Sameqrelo-Zemo Svanetidə məişət tullantılarının idarə olunması proqramı - 71 milyon lari; ●► Kaxetiyanın enerji infrastrukturunun gücləndirilməsi - 26 milyon lari. ● Dünya Bankı (əsas donorlar ABŞ, Aİ, Yaponiya) layihələri: ●► Saqareco-Badiauri magistral yolunun tikintisi - 230 milyon lari; ●► 60-a qədər dövlət məktəbinin bərpası-tikintisi - 131 milyon lari; ●► Jvari-Tskaltubo elektrik ötürücü xətti - 61 milyon lari; ●► Mtsxeta-Mtianeti və Samtsxe-Cavaxetiyada şəhər və turizm infrastrukturunun bərpası - 35 milyon lari; ●► Qardabani, Dmanisi, Tianeti, Siqnaqi və Adıgeni kəndlərinin su təchizatı sistemlərinin və yollarının bərpası - 20 milyon lari. ● Asiya İnkişaf Bankının (AİB, əsas donorlar Yaponiya və ABŞ) layihələri: ●► Regionlarda uşaq bağçalarının, idman və gənclər mərkəzlərinin tikintisi və bərpası - 159 milyon lari; ●► Avtomobil yolunun Şorapani-Arqveta hissəsinin tikintisi - 110 milyon lari; ●► Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti avtomobil yolunun bərpası - 95 milyon lari; ●► Qudauri, Marneuli, Poti, Mestia, Zuqdidi və digər bələdiyyələrin su təchizatının yaxşılaşdırılması - 81 milyon lari; ●► Tbilisi üçün yeni işıqforların quraşdırılması, metronun görünüşünün yaxşılaşdırılması - 80 milyon lari; ●► Kvemo Samqori əsas suvarma kanalının modernləşdirilməsi - 52 milyon lari; ●► Avtomobil yolunun Bakurtsixe-Tsnori hissəsinin tikintisi - 40 milyon lari; ●► Rion üzərində Poti körpüsünün tikintisi - 35 milyon lari; ●► Batumidə yeni dolama yolunun tikintisi - 25 milyon lari; ●► Avtomobil yolunun Xevi-Ubisa hissəsinin tikintisi - 18 milyon lari.

www.24news.ge