Haqqımızda Reklam
28 
Mar
2024
12:24
47
8
1469

Putin: "Biz NATO ilə müharibəyə getməyəcəyik"

"Qərbin Rusiyanın Ukraynadan sonra Avropaya hücum etməyi planlaşdırması barədə bəyanatları cəfəngiyyatdır və öz əhalisini qorxutmaq məqsədi daşıyan aldatmadır". 24News.ge xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya NATO ilə müharibəyə getmir və bu sadəcə cəfəngiyyatdır: "2022-ci ildə ABŞ-ın hərbi xərcləri 811 milyard dollar, Rusiyanın hərbi xərcləri isə 72 milyard ABŞ dolları təşkil edib. Bu nisbəti nəzərə alıb, sonra NATO ilə müharibə edəcəyik? Bu sadəcə axmaqlıqdır. Biz heç kimə toxunmamışıq, özləri bizə yaxınlaşıb. Biz nə edirik? Biz sadəcə olaraq tarixi ərazilərimizdə öz xalqımızı qoruyuruq”, - deyə Putin bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989