Haqqımızda Reklam
27 
Mar
2024
14:01
54
8
1143

Niderland Krallığının xüsusi nümayəndələri Gürcüstan Müsəlmanları İdarəsində qonaq olublar (FOTO)

Martın 26-da Niderland Krallığının xüsusi nümayəndəsi, Din və Etiqad Azadlığı üzrə səfir Bea Ten Tuşer, Niderland Xarici İşlər Nazirliyinin siyasi məsul işçisi Aleksander Akerbum və Niderlandın Gürcüstandakı səfiri Meline Arakeliani Bütün Gürcüstan Müsəlmanları İdarəsində qonaq olublar. 24News.ge xəbər verir ki, görüşdə BGMİ-nin din rəhbərləri qonaqlara Gürcüstan Müsəlmanlarının durumu, İdarənin gördüyü işlər və üzləşdiyi çətinliklər haqqında məlumat veriblər. Qonaqlar səmimi qəbula görə BGMİ rəhbərliyinə təşəkkür ediblər. Tərəflər gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989