Haqqımızda Reklam
27 
Mar
2024
11:24
76
14
874

Gürcüstan millisi qələbəni Respublika meydanında azarkeşləri ilə birgə qeyd edib

Gecə saatlarında, Gürcüstan millisinin futbolçuları Respublika meydanına gələrək, burada toplaşan azarkeşlərlə birlikdə qələbəni qeyd ediblər. 24News.ge xəbər verir ki, Respublika meydanında baş nazir İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze, həmçinin “Gürcü arzusu”nun üzvləri də iştirak ediblər. Məlumat üçün bildirək ki, Gürcüstanın milli futbol komandası tarixdə ilk dəfə Avropa çempionatında çıxış edəcək. Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisini məğlub edib. Hesabın taleyi penaltilər seriyasında həll olunub və oyun 4:2 hesabı ilə Gürcüstanın xeyrinə başa çatıb. Gürcüstan millisi Dortmundda keçirilən Avropa çempionatında ilk oyununu iyunun 18-də Türkiyə millisinə qarşı keçirəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989