Haqqımızda Reklam
06 
Okt
2022
13:14
14
65
2169

Deputatdan açıqlama: "Mixeil Saakaşvili ölüm ayağındadır"

"Mixeil Saakaşvilinin hərarəti 38 dərəcə, təzyiqi 170-dir, yemək və dərman qəbul edə bilmir, yataqdadır". 24News.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat"ın deputatı Temur Canaşia eks prezidenti “Vivamed” klinikasında ziyarət etdikdən sonra deyib. Onun sözlərinə görə, Saakaşvili ölüm astanasındadır: “O insan ünsiyyət qura bilmir, çox az danışdıq, söhbət zamanı yorulur və ölüm astanasındadır, bu normal hal deyil. Onun dərman qəbul edə bilməməsinin səbəbi səhhətinin vəziyyətidir. Hazırda o, amerikalı həkim Kobiyi gözləyir”, - deyə Temur Canaşia bildirib. Qeyd edək ki, "Vivamed” klinikasının direktoru Zurab Çxaidze isə Saakaşvilinin vəziyyətinin kritik olmadığını bildirib: "Mən vəziyyəti həqiqətən kritik qiymətləndirə bilmərəm və müalicə edən həkim də vəziyyəti kritik qiymətləndirə bilməz”. Jurnalistlərin Saakaşvilinin hərarətinin və qan təzyiqinin yüksək olub-olmadığını soruşduqda, Çxaidze deyib ki, o, bunu təsdiqləyir, buna görə də Saakaşvilinin əlavə müayinələrdən keçməsi barədə göstəriş verilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989