Haqqımızda Reklam
04 
Avq
2022
10:57
53
15
2084

24News Tv sentyabrdan onlayn yayıma başlayacaq

"Sentyabr ayından etibarən 'Lider Media' təşkilatının nəzdində fəaliyyət göstərən 24News Tv internet televiziyası onlayn yayıma başlayacaq". Bu barədə 24News.ge xəbər portalına təşkilatın rəhbəri Azər Məmmədov məlumat verib. O qeyd edib ki, 24News Tv internet televizyası vasitəsilə gün ərzində 15 saatlıq yayım həyata keçiriləcək: "Hazırda bununla bağlı həm texniki, həm də studiyanın dizaynı ilə bağlı işlər aparılır. Çoxsaylı tamaşaçılarımız 24News Tv-ni, həm də 24News.ge xəbər portalında yeni yaradılacaq TV bölməsindən izləyə biləcəklər. Eyni zamanda, istədikləri vaxt feysbuk və youtube sosial media hesablarından daxil olub online yayımı seyr etmək imkanları olacaq". A. Məmmədov, həmçinin, gün ərzində 15 saatlıq yayım zamanı hansı proqramların yayımlanacağı barəsində də məlumat verib: "Əsasən əməkdaşlarımız tərəfindən hazırlanan - hər saatın tamamında xəbərlər informasıya buraxılışı, milli-mədəni mövzuda, təhsil sahəsində, siyasi-ictimai fəaliyyətlərlə bağlı maarifləndirici proqramların yayımlanması nəzərdə tutulur. Təbii ki, insanların mədəni istirahəti üçün film və musiqilərə də yayımda yer verilməsi planlaşdırılır", - deyə təşkilatın rəhbəri A. Məmmədov qeyd edib. Azər Məmmədov onu da bildirib ki, bu, gələcəkdə peyk yayımı üçün bir hazırlıq mərhələsidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989