Haqqımızda Reklam
14 
Avq
2019
05:59
7
0
757

İran yeni hərbi texnikasını təqdim etdi

İran Müdafiə Nazirliyi yerli ekspertlər tərəfindən hazırlanmış yeni tip, müasir zirehli və taktiki döyüş avtomobillərini təqdim edib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. Məlumata görə, təqdimetmə mərasimində İran Müdafiə naziri Əmir Hatəmi də iştirak edib. Yeni hazırlanan taktiki döyüş avtomobillərinin “Aras 2”, zirehli avtomobillərin isə “Rad” adlandırıldığı vurğulanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989