Haqqımızda Reklam
29 
Nybr
2021
11:24
36
2
1265

Saakaşvilinin məhkəməsinin başlamalı olduğu məhkəmə binası önündə qarşıdurma yaşanıb

Eks prezident Mixeil Saakaşvilinin məhkəmə prosesi keçiriləcəyi Tbilisi Şəhər Məhkəməsi qarşısında polis və jurnalistlər arasında qarşıdurma yaranıb. 24News.ge xəbər verir ki, məhkəmə hasarına çıxaraq çəkiliş etmək istəyən operatorlar polis tərəfindən güclə düşürülüb. Polislərin bu hərəkəti əraziyə toplaşan şəxslər tərəfindən birmənalı qarşılanmayıb və onlar polisləri yüksək səslə "Faşist milislər" adlandırıblar. Polislər hazırda jurnalistlərin məhkəmə həyətinə daxil olmalarına icazə verməməklə yanaşı, onların hasara çıxaraq çəkiliş etmələrinə də icazə vermirlər. Xatırladaq ki, bu gün 7 noyabr hadisələri ilə bağlı Mixeil Saakaşvilinin məhkəmə prosesi keçiriləcək. Eks prezident hazırda məhkəmə binasına gətirilib, paralel olaraq isə bir sıra vətəndaşlar məhkəmə yaxınlığında aksiya keçirirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989