Haqqımızda Reklam
14 
Okt
2021
11:06
11
6
1811

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 4 212 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 988 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 649 407 nəfərə çatıb. Onlardan 607 563 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 38 nəfərin ölməsi ilə bərabər ümumilikdə 9 370 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 61, stasionar nəzarətdə 4 894 nəfər var. 889 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 4 837 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989