Haqqımızda Reklam
14 
Okt
2021
09:57
22
4
2268

Gürcüstanda peyvənd məcburi ola bilərmi sualına nazir müavini aydınlıq gətirdi

"Peyvəndin məcburi olması insan hüquqlarına ziddir". 24News.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlama verib. O, bildirib ki, Gürcüstanda məcburi peyvənd barədə yayılan məlumatlar dezinformasiyadır: "Peyvənd barədə qərarı şəxsin özü verməlidir. Əlbəttə ki, konkret biznes sahəsi və ya əyləncə mərkəzi üçün müəyyən məhdudiyyətlər tətbiq etmək mümkündür. Bəzi ölkələrdə yaşıl keçid kartı mövcuddur və bu bir çox yerlərdə, həmçinin bizim qonşu ölkələrimizdə qəbul edilir. Biz də seçim məsələsini mütləq müzakirə edəcəyik. Burada PCR test, peyvənd və xəstəliyi keçirmək kateqoriyaları var, lakin ümumi vətəndaşlara bunları şamil etmək barədə məlumatlar dezinformasiyadır", - deyə Qabunia əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989