Haqqımızda Reklam
12 
Iyl
2019
16:46
4
0
274

Türkiyə XİN: “S-400”lərlə bağlı hər hansı problem yoxdur

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib. 24News.ge Report-a istinadən xəbər verir ki, Ankarada jurnalistlərlə görüşü zamanı nazir “S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: “Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”. Xatırladaq ki, Rusiyadan idxal olunan “S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989