Haqqımızda Reklam
11 
May
2021
22:23
24
5
3003

Komendant saatı nə vaxt götürülə bilər? - Çerçvadzedən açıqlama

"Hesab edirəm ki, komendant saatı may ayının sonlarından etibarən götürüləcək". 24News.ge xəbər verir ki, bu sözləri Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Çerçvadze deyib. Onun sözlərinə görə, yay aylarına doğru virusun azalması gözlənilir: "Virusun pik mərhələsinə yeni daxil olmuşuq və bu mərhələdə nisbətən yumşaq məhdudiyyətlərin daha da yumşaldılması məqsədəuyğun olmaz. Əvvəlcə virusun stabilliyinə nail olmalıyıq və daha sonra məhdudiyyətləri götürmək üçün, hökumətin real əsası olacaq. Başlıca məhdudiyyət komendant saatıdır. Böyük ümidim var ki, yay aylarında komendant saatı olmayacaq. Hesab edirəm ki, mayın sonunadək vəziyyət yaxşılaşacaq və komendant saatı da mayın sonu götürüləcək. Bu mənim şəxsi düşüncəmdir", - deyə Tengiz Çerçvadze əlavə edib. Xatırladaq ki, bu gün Səhiyyə nazirinin müavini Tamar Qabuniya da may ayının sonlarında komendant saatının yüngülləşdirləcəyi ilə bağlı açıqlama vermişdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989