Haqqımızda Reklam
11 
May
2021
13:20
17
8
4467

Hökumət komendant saatının nəvaxt yüngüləşdirilə biləcəyi tarix barədə açıqlama verdi

Gürcüstanda komendant saatı may ayının sonunda yüngülləşdirilə bilər. 24News.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının bu gün keçirdiyi iclasdan sonra Səhiyyə nazirinin müavini Tamar Qabunia açıqlama verib. Onun sözlərinə görə, may ayının ortalarından etibarən pik hədd azalmağa başlayacaq və komendant saatı bundan sonra yüngülləşdirilə bilər: "Bu gün epidemioloji baxımdan komendant saatının yüngülləşdirilməsi barədə düşünmək imkanımız yoxdur. Bunun insanlar üçün çətin olduğunu bilirik. Buna görə də düşünürəm ki, may ayının ortalarından etibarən pik hədd azalacaq və epidemioloji vəziyyət imkan verən kimi may ayının sonlarında komendant saatını yumşalda biləcəyik. Ümid edirəm epidemiya vəziyyəti düzələcək və bu qərarları yenidən nəzərdən keçirəcəyik", - deyə Qabunia bildirib. Qabunia həmçinin, peyvənd olunan şəxslər üçün məhdudiyyətlərdə güzəştə gedilməsi barəsində xüsus paket üzərində müzakirələr aparıldığını və yekun qərarın may ayının sonlarına doğru ictimaiyyətə açıqlayacaqlarını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989