Haqqımızda Reklam
09 
May
2021
14:54
21
5
5813

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub (FOTO-VİDEO)

İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib. Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib. Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989