Haqqımızda Reklam
09 
May
2021
12:51
10
8
2582

Sinoptiklər bu gündən havaların kəskin dəyişəcəyini açıqladı

9-10 may tarixlərində Gürcüstanda şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Agentliyin məlumatına əsasən, qeyd olunan tarixlərdə arabir güclü külək əsəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir. Gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, kiçik çaylarda daşqınlar və ölkənin dağlıq ərazilərində qar uçqunu meydana gəlməsi və sürüşmələr olacağı gözlənilir. Qeyd edək ki, havaların 11 may tarixindən sabitləşəcəyi və temperatur göstəricilərinin 30 dərəcəyədək yüksələcəyi gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989