Haqqımızda Reklam
24 
Iyn
2019
13:28
1
2
509

Elene Xoştaria: "Hakimiyyət etirazçılarla alver edir”

“Avropalı Gürcüstan” Partiyası hakim "Gürcü Arzusu" Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsi barədə qərarına münasibət bildirib. 24News.ge xəbər verir ki, partiya liderlərdindən biri Elene Xoştaria qərarı vətəndaş cəmiyyətinin qələbəsi adlandırıb. O bildirib ki, hakim partiyanın aksiyaların yalnız bir tələbini yerinə yetirməsi hakimiyyətin etirazçılarla daxili işlər naziri Giorgi Qaxarianı vəzifədə saxlamaq məqsədilə alver etdiyini göstərir: “Əsas tələb Giorgi Qaxarianın istefasıdır. Lakin hakim partiya bu tələbi diqqətdən kənarda saxladı. Hakim komanda iyunun 20-də etiraz aksiyasının dağıdılması zamanı baş verən qanlı olaylarda məsuliyyəti daxili işlər nazirində görmür. Bu yanaşma hakim partiya liderləri üçün utancvericidir”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989