Haqqımızda Reklam
26 
Fev
2021
10:05
22
3
590

Əliyev: "Azad edilən ərazilərdə 'ağıllı şəhərlər' və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb"

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib. 24News.ge xəbər verir ki, İlham Əliyev görüşdə şirkətlə əməkdaşlıqdan danışıb. Əliyev şirkəti azad olunmuş ərazilərdə görüləcək işlərə dəvət edib: "Azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq", - deyə İ. Əliyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989