Haqqımızda Reklam
26 
Fev
2021
09:56
6
20
694

Putinlə Paşinyan arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. 24News.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun verdiyi məlumata görə, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub və Ermənistandakı son vəziyyət müzakirə olunub: “Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb”.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989