Haqqımızda Reklam
28 
Okt
2020
12:28
38
4
2552

Marneuli rayonunun Algeti kənd sakinləri meriya önündə etiraz aksiyası keçirdilər (FOTO)

Bu gün Marneuli rayonunun Algeti kənd sakinləri Marneuli meriyası önündə etiraz aksiyası keçiriblər. 24News.ge xəbər portalına müsahibə verən kənd sakinləri, aksiyanın səbəbini kəndin otlaq və əkin sahələrinin bir neçə nəfər tərəfindən alınaraq özəlləşdirilməsi olduğunu deyiblər. Sakinlər qeyd ediblər ki, hazırda 200 hektardan artıq torpaq sahəsi 6 nəfərin əlində cəmləşib, sakinlər isə nə mal qarasını otaramaq üçün, nə də əkin-biçin üçün torpaq tapa bilmirlər. Onlar bu barədə yerli hakimiyyətə dəfələrlə müraciət etdiklərini, hətta bununla bağlı sentiyabrda Marneuli meryasının qarşısında etiraz aksiyası keçirdikləri zamanı məsələnin həll olunacağına dair vədlərin verildiyini, lakin verilən vədlərin yerinə yetirilmədiyini və çıxış yolunu yenidən aksiya keçirməkdə gördüklərini bildiriblər. Sakinlər həmçinin, seçkilərə 3 gün qaldığını və bu biganəliyin seçkilərin nəticələrinə təsir göstərəcəyini də qeyd ediblər. Xatırladaq ki, Algeti kənd sakinləri 28 sentiyabrda da Marneuli Meriyası önündə eyni tələblə etiraz aksiyası keçiriblər. Aksiya zamanı Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze və mer müavini Laşa Lobcanidze vətəndaşların qarşısına çıxaraq məsələnin müzakirəsi üçün onlardan bir neçə nəfərin çağrılacağını bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989