Haqqımızda Reklam
17 
Okt
2020
19:29
59
5
1001

"VMH" lideri Batumidə baş tutan aksiya barədə açıqlama verdi...

"Batumidəki mitinqdə bu qədər böyük insan axını gözlənilmirdi və bu səbəbdən də sosial məsafə problemi yarandı". 24News.ge xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat"ın liderlərindən biri olan Zaal Udumaşvili deyib. Onun sözlərinə görə, aksiyada insanlara 5 000-dək maska paylanıb lakin bu kifayət etməyib: "Batumidə bu qədər böyük insan axınını gözləmirdik, baxmayaraq ki, təşkilatçılar hazır idi, termoskrenləmə aparatları da hazır idi, hətta 5 000-dək maska da paylanıldı lakin insanlar gözləniləndən daha çox gəldi və bu kifayət etmədi. Orada çox sayda etirazçı olduğundan hər birinin yanına gəlib xəbərdarlıq etmək də mümkün olmadı. Lakin Batumi müəyyən dərəcədə göstərdi ki, mitinqlərimizə dair əlavə sualların olmaması üçün gələcək mitinqlərdə daha mütəşəkkil olmalıyıq”, - deyə Udumaşvili bildirib. Xatırladaq ki, ötən gün "Vahid Milli Hərəkat" partiyası Batumi şəhərində geniş miqyaslı aksiya keçirmişdir, aksiyada sosial məsafə qorunmadığı üçün, hakim partiya nümayəndələri "VMH" partiyasını virusun yayılmağına şərait yaratmaqda ittiham edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989