Haqqımızda Reklam
16 
May
2019
12:46
2
0
358

Rəsmi Tbilisi: Bakı ilə 10-12 məntəqəni müzakirə edirik...

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın məqsədi iki tərəf üçün də məqbul qərar tapmaqdır. 24News.ge xəbər verir ki, bunu “Birinci kanal”a müsahibəsində Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya deyib. O, komissiyanın növbəti iclasının gələn həftə keçiriləcəyini bildirib: “Bilirsiniz ki, sərhədlərin 70%-i işgüzar səviyyədə razılaşdırılıb. Sərhədlərdə təxminən 10-12 məntəqə var ki, bununla bağlı hələ də iş aparılır. Burada məsələ kiminsə hansısa üstünlük qazanmasından ibarət deyil. Əsasən müzakirələr hər iki ölkənin maraqlarını nəzərə alacaq məqbul qərarın tapılması istiqamətində aparılır”. - Deyə Laşa Darsaliya deyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989