Haqqımızda Reklam
27 
Sen
2020
11:18
6
22
1789

Baş nazir ölkədə virusla bağlı son vəziyyəti şərh etdi...

"Virusun yayılmasına qarşı hazırda mövcud işlər aparılır, bu mərhələdə əlavə tədbirlər və hər hansı məhdudiyyətlər planlaşdırılmır". 24News.ge xəbər verir ki, bu barədə baş nazir Giorgi Qaxaria açıqlama verib. Hökumət rəhbəri bildirib ki, əlavə tədbirlər ancaq hədəflənmiş yerlərlə bağlı ola bilər: "Virusun yayılmasına qarşı apardığımız hər hansı əlavə tədbir hədəfli və yalnız yoluxma halının sürətlə artığı və müəyyən olunmuş yerlər olacaq. Bu mərhələdə sistemli məhdudiyyətlər planlaşdırılmır. Yenə deyirəm - bunu asanlıqla edə bilərik, ancaq bunun ciddi, ağır sosial və iqtisadi nəticələri olacaq, bu səbəbdən də normal həyat şəraitində yayılmanın nisbətən aşağı olması üçün əlimizdən gələni etməli və tibbi maskadan mütləq istifadə etməli, sosial məsafəni qorumalı və əllərimizi tez-tez yumalıyıq", - deyə nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989