Haqqımızda Reklam
25 
Sen
2020
17:01
22
7
1905

Gürcüstanda sərfəli qiymətlərlə yeni aviaşirkət yaradılır

Ölkəmizdə aşağı büdcəli milli aviaşirkətin (loukoster) yaradılması ilə bağlı danışıqlar aparılır. 24News.ge xəbər verir ki, şirkətin “Air Georgia” adlandırılması nəzərdə tutulub. Aviadaşıyıcının Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları hesabına yaradılması planlaşdırılıb. Şirkətin təsis olunması ilə bağlı danışıqların 80%-i artıq uğurla başa çatdırılıb. Qeyd edək ki, hazırda Gürcüstanın aviasiya bazarında Macarıstanın “Wizzair” və İrlandiyanın “Ryanair” şirkətləri daha sərfəli qiymətlərlə fəaliyyət göstərir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989