Haqqımızda Reklam
16 
Sen
2020
12:23
10
35
1574

Tibbi rəhbər bu gün yoluxan 196 nəfərlə bağlı açıqlama verdi...

"Bu gün qeydə alınan 196 yeni yoluxma halının 144-ü Acara bölgəsi ilə əlaqədardır". 24News.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaia açıqlama verib. Onun sözlərinə görə, 196 yoluxmadan 29-u isə Tbilisiyə aiddir: "Bu gün qeydə alınan 196 koronavirus hadisəsindən 144-ü Acarıstanda qeydə alınıb, Kobuletidə 1; Tbilisidə 29; İmereti, Kutaisidə 7, Saçxere - 1, Şida Kartli 3; Kvemo-Kartli, Qardabanidə 3; Ozurqeti və Quriyada 8; Zuqdidi, Poti və Mçxetada isə 4 yoluxma halı qeydə alınıb", - deyə Ezuqbaia bildirib. Onun sözlərinə görə, panidemiya ilə əlaqədar Acarıstan bölgəsi diqqət mərkəzində qalmaqda davam edir. Ezuqbaia son 24 saat ərzində ölkədə daha 31 nəfərin virusdan sağaldığını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989