Haqqımızda Reklam
15 
Avq
2020
10:44
16
32
1375

Son 1 ayda Gürcüstanın xarici borcu yüz milyonlarla lari dəyərində artdı

Son 1 ay ərzində, Gürcüstanın xarici borcu 1 milyard, 490 milyon lari artıb. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 2020-ci ilin iyun ayında Gürcüstanın xarici borcu 18 766 661 00 lari təşkil edib. Bu rəqəm iyul ayında 1,490 milyard lari artaraq, 20 257 138 000 milyard lariyə çatıb. Gürcüstanın ən çox borcu Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına (IDA) olduğu bildirilir. Gürcüstan sözügedən quruma 2 milyard, 851 milyon lari borcludur. Növbəti sırada isə 2 milyard, 80 milyon lari ilə Asiya İnkişaf Bankı (ADB) dayanır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989