Haqqımızda Reklam
14 
Avq
2020
11:12
20
7
1028

Gürcüstanda Belarus xalqına dəstək aksiyası keçirildi (FOTO)

Gürcüstanın Batumi şəhərində Belarus xalqına dəstək aksiyası keçirilib. 24News.ge xəbər verir ki, aksiyada Belarus vətəndaşları ilə birlikdə Ukrayna və Gürcüstan vətəndaşları da iştirak ediblər. Aksiya iştirakçıları prezident seçkilərindən sonra, küçəyə çıxan dinc etirazçılara qarşı güc tətbiqini qınayıblar. "Biz azadlıq və ədalətli seçkilər üçün mübarizə aparan Belarus xalqına dəstək üçün toplaşmışıq. Gördüyüm güc tətbiqi, hakimiyyətin seçkiləri saxdalaşdırması və daha sonra öz vətəndaşlarına qarşı bu cür davranması qəbuledilməzdir", - deyə aksiy iştirakçısı bildirib. Qeyd edək ki, Avropa İttifaqı və qərb ölkələrinin bir çoxu Belarusda keçirilən seçkilərin nəticələrini tanımadıqları və əhaliyə qarşı güc tətbiq edilməsinin qəbuledilməz olduğunu bəyan ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989