Haqqımızda Reklam
13 
Avq
2020
22:47
85
9
8842

17 yaşadək olan uşaqların valideyinləri 200 larini nə vaxt alacaqlar? - Nazir açıqladı

Səhiyyə naziri, Ekaterine Tikaradze 17 yaşadək olan uşaqlar üçün nəzərdə tutulmuş 200 larilik yardımın şərtlərindən danışıb. 24News.ge xəbər verir ki, Tikaradze 15 avqustdan etibarən nazirlik tərəfindən yaradılacaq müvafiq saytda qeydiyyatdan keçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, konkret sayt və lazımı sənədlər barəsində məlumat yaxın günlərdə dərc ediləcək. Valideyinlər müvafiq saytda qeydiyyatdan keçdikdən sonra, onlarla əlaqə qurulacaq və sözügedən pul vəsaitini əldə edə biləcəklər. Nazir qeyd edib ki, qeydiyyat prosesi çox asan olacaq və 1 sentyabrdan etibarən vəsait hesablara köçəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989