Haqqımızda Reklam
01 
Avq
2020
20:28
26
7
764

Təcrid olunmuş regionda bir neçə kəndin yolu bərpa olundu

Raca regionunda təbii fəlakət nəticəsində 7 kəndin dağılmış yolu bərpa edilib. 24News.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumata əsasən, təbii fəlakət nəticəsində 12 kəndin yolu dağılmışdı, bunlardan 7-si artıq bərpa olunub. Fəlakət bölgəsinə yolun 118-ci və 127-ci km-yi bərpa olunub və xüsusi texnikanın yolun ən çətin yeri olan 128-ci km-ə getməsi təmin edilib. Hal-hazırda yolun bərpa olunması işləri bu bölgədə davam edir. Qeyd edək ki, 29 iyul tarixində baş verən təbii fəlakət nəticəsində, Raça regionunun 12 kəndinin yollarını sel suları yuyaraq, kəndlər ölkədən tamamilə təcrid olunmuşdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989