Haqqımızda Reklam
30 
Iyn
2020
13:11
22
3
1009

"Avropalı Gürcüstan" partiyasının Batumidə namizədi Müsəlmanlar Birliyinin sədri ola bilər

"Avropalı Gürcüstan" partiyasının Batumidə majoritar namizədi Gürcüstan Müsəlmanlar Birliyinin (GMB) sədri Tariel Nakaidze ola bilər. 24News.ge xəbər verir ki, bu barədə bu gün Batumidə partiyanın liderlərindən olan Qiqi Uqulava deyib. Uqulava bildirib ki, Nakaidze və onların baxışları eləcədə siyasi, dini düşüncələri üst-üstə düşür: “O, kifayət qədər nüfuzlu şəxsiyyətdir. Əsas odur ki, baxışlarımız üst-üstə gəlir, özəlliklə də dini azadlıq baxımından”, - deyə o bildirib. Yayılan məlumata görə, Nakaidze Xulo-Şuaxevi-Keda majoritarlığına namizəd olaraq təqdim ediləcək. Tariyel Nakaidze isə, yekun qərarın hələlik verilmədiyini bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989