Haqqımızda Reklam
22 
Apr
2019
17:42
9
1
763

Marneuli şəhərində İmam Mehdinin (ə.f) mövludu münasibəti ilə bayram tədbiri keçirilib (FOTO-VİDEO)

Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib. 24News.ge xəbər verir ki, bayram süfrəsi ətrafında keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və yerli ruhaniləri ilə birgə Gürcüstan parlamentinin millət vəkili Ruslan Hacıyev, ölkəmizdə səfərdə olan İİR-nın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Əli Rza Təqəvi, mərasim üçün dəvət olunan Türkiyə Cəfəri Alimlər Birliyinin sədri (CABİR) Hasan Karabulut və nümayəndə heyəti qatılıb. Dəyərli din xadimi Məşədi Vidadi Qurbanovun aparıcılığı ilə keçirilən mərasim İğdırdan qonaq olan Hacı Seyid Mir Haşimin Qurani-Kərimdən bir neçə ayənin tilavət etməsi ilə başlayıb. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb təbrik etdikdən sonra Hz. Mehdinin (ə) zühuru haqda fikirlərini bildirib. O qeyd edib ki, “yaşadığımız zülm və fəsad dolu bir zamanda zamanamızın imamı olan Hz. Mehdinin (ə) zühuruna ehtiyac günü-gündən çoxalmaqdadır. Tədbirdə iştirak edən millət vəkili Ruslan Hacıyev təbrik və xoş arzularını çatdırıb. Gürcüstan dövlətinin bütün dinlərin bir yerdə sülh şəraitində yaşamasına və bərabər şəkildə inkişafına xüsusi diqqət ayırdığını bildirib. Daha sonra İran və Türkiyədən olan dəyərli din alimləri gözlərdən gizlin olsa da hər zaman bizimlə olan imamımızın qeybətdə olmasının mahiyyət və səbəbləri, zühur əlamətləri və zühur üçün müsəlmanların üzərinə düşən məsuliyyətlər və s. mövzularda ətraflı məlumat veriblər. İki saat sürən mərasimdə yerli əhlibeyt məddahları Səid Həsən və Anar Cəfərinin ifasında ilahilər səsləndirildi, şeir və qəzəllər oxunub. Nəhayət sonda mərasim Fərəc və İmam Zaman (ə) duası oxunmaqla başa çatdı. Mərasimdə İmam Zamanın salamatçılığı, ölkə və dünyanın barış, rifah və bolluq içində olması üçün də dualar edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989