Haqqımızda Reklam
06 
Iyn
2020
22:02
50
11
2755

Hüquqşunas Əli Bədirov son günlər DTX-nın başlatdığı istintaqla bağlı irqi diskriminasiya cinayətini izah etdi

Məlum olduğu kimi, 30 may tarixindən etibarən, Dövlət Təhlükəsizlik Xidməti etnik gürcü və azərbaycanlılar arasında diskriminasiya, milli düşmənçilik və nifaq salmaq ittihamı ilə istintaq başladıb. Başladılan istintaq zamanı bir sıra yerli aktivist və təşkilat rəhbərləri sorğuya çağrılıblar. 24News.ge xəbər verir ki, sözgedən məsələ ilə bağlı, Qafqaz Beynelxalq Universitetinin hüquq elmlər üzrə doktorantı, Gürcüstanın azərbaycanlı hüquqşunaslar assosiyasiyasının sədri Əli Bədirov, icma üzvlərinə hüquqi yardımla bağlı öz şəxsi facebook səhifəsində müraciət paylaşıb. Sözügedən müraciəti olduğu kimi sizə təqdim edirik: "İlk növbədə Dövlət Təhlükəsizliq Xidmətinə (DTX) sorğuya çağırılan icma üzvlərimizə arxayın olmaları üçün demək istəyirəm ki, DTX cinayət işləməyənləri saxlaya bilməz. Əgər DTX suçsuz birini irqi diskriminasiya (1421-ci maddə) cinayətini işləməklə ittiham edərsə, mən təmənnasız olaraq həmin şəxsin vəkili olmağa hazıram. Hətta sorğuya getməmiş, şahid qismində dindirilməmişdən əvvəl belə mənə müraciət edə bilərsiniz ki, səhv bir söz danışmamağınız üçün hüquqi yardım göstərim. Bu məsələdə siyasi rəqibim olan Zaur Darğallıya da kömək etməyə hazıram. Qaldı ki, Gürcüstanın Cinayət Məcəlləsinin 1421-ci maddəsi (irqi diskriminasiya) faktı ilə başladılan istintaq kim üçün təhlükəlidir və nə cür addıma bu cinayət adı verilə bilər, cavablayıram: İrqi diskriminasiya, yəni addım (hərəkət), hansı ki 1). milli və ya irqi düşmançalıq, güçlü qarşıdurmalar, milli qüruru alçaltmaq məqsədi ilə edilib. 2). milli, irqi və ya dəri rənginə görə insanın hüquqlarını məhdudlaşdırmaq üçün edilib. 3). milli, irqi və ya dəri rənginə görə insana üstünlük vermək üçün edilib. Əgər bu cür məqsədiniz və ya niyyətiniz olmayıbsa, deməli siz DTX-nin irqi diskriminasiya faktı ilə apardığı istintaqa görə də cinayət addımı işləməyibsiniz. Rahat olmalısınız, çünki siz suçsuzsunuz və mən də sizin marağınızı qorumağa hazıram", - deyə Ə. Bədirov müraciətində bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989