Haqqımızda Reklam
17 
Apr
2019
10:16
3
0
891

Dostunu öldürüb Gürcüstanda gizlənən şəxs yaxalandı

Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Əməkdaşları 28 fevral 2017-ci il tarixində Bakının Bayıl qəsəbəsində törədilmiş qətlin üstünü açıblar. 24News.ge Ona agentliyinə istinadən xəbər verir ki, 1985-ci ildə Naxçıvanda anadan olmuş Nağıyev Əli Rəfail oğlu ötən il iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya edilib. Məlum olub ki, Ə. Nağıyev Gürcüstanda istintaqdan gizlənirmiş. O, Bakıda mübahisə zəminində dostunu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerində keçinib. Ə. Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün ölkəmizi özünə sığınacaq edib. Qəsdən adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989