Haqqımızda Reklam
18 
Mar
2019
14:54
2
5
401

Güclü külək Tbilisidə fəsadlar törədib, 15 binanın dam örtüyü uçub

Paytaxt Tbilisidə dünəndən etibarən əsən güclü külək ciddi fəsadlara səbəb olub. 24News.ge xəbər verir ki, şəhərdə 15 binanın dam örtüyü uçub, 10 avtomobil, 14 ağac, 4 reklam lövhəsi və 1 işıqfora ziyan dəyib. Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 68 müraciət daxil olub. Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989