Haqqımızda Reklam
19 
Fev
2020
14:09
3
5
772

Salome Zurabişvilidən sərt açıqlama - Bu Gürcüstan dövlətinə təhqirdir və qanunvericiliyin pozulmasıdır

"Gürcüstan Parlamentində Sovet İttifaqının himninin səsləndirilməsi Gürcüstan dövlətinə təhqir və qanunvericiliyin pozulmasıdır". 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatında deyilir. Ölkə başçısının bəyanatında deyilir ki, qanunverici orqanın iclas zalında SSRİ-nin himnin istifadəsi yolverilməzdir və bu dövlət qurumuna xələl gətirir. "Gürcüstan parlamentinin bütün üzvlərini parlamentin qəbul etdiyi qanuna - Söz Azadlığının Xartiyasına hörmətlə yanaşmağa çağırıram. Yaranmış vəziyyət, spikerin dünən qanunverici orqanda çıxışı faktına ziddir",-deyə dövlət başçısının bəyanatında deyilir. Məlumat üçün xatırladaq ki, fevralın 18-də parlamentin sədri Arçil Talakvadzenin illik məruzəsinin təqdimatı zamanı müxalif “Avropalı Gürcüstanı”nın üzvləri İrma Nadiraşvili və Elene Xoştaria sessiya zalında Sovet İttifaqının himnini səsləndiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989