Haqqımızda Reklam
22 
Fev
2019
21:24
5
2
1839

Marneuli rayon Ağməmmədli kəndində tapılmış qədim sərdabədən xəbər var - Açıqlama

Marneuli rayonunun Ağaməmmədli kəndində bu yaxınlarda aşkar olnmuş qədim sərdabə ilə bağlı tədqiqat işləri başa çatdırılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə araşdırmalar nəticəsində 92 santimetr dərinlikdə yerləşən, uzunluğu 210 santimetr, eni isə 78 santimetr olan kütləvi məzarlığın erkən orta əsrlərə aid olduğu müəyyən olunub. Sərdabədəki 2 qəbirdə xristian qaydası ilə dəfn olunmuş 1 kişi, 2 qadın və 1 yeniyetmə olmaqla 4 insana aid sümüklər aşkar olunub. Qrunt sularının qalıqları ciddi zədələdiyindən skeletlərin məzarlıqdan götürülməsi mümkün olmayıb. Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin mütəxəssisləri qəbirlərin foto və qrafik görüntülərini tərtib edəndən sonra məzarlıq torpaqla örtülərək bağlanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989