Haqqımızda Reklam
28 
Yan
2020
10:57
2
0
629

Saakaşvilidən maraqlı açıqlama: "Obamayla əlaqəm yaxşı deyildi, mən onu sevmirdim o da məni"

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili bir qrup gənclə "Skype" vasitəsilə danışdığı zaman özünün dövlət başçılığı dönəmində ABŞ ölkə başçısı Barak Obamayla münasibətlərindən söz açıb. 24News.ge xəbər verir ki, Mixeil Saakaşvili Barak Obamayla bir-birilərini sevmədiklərini etiraf edib. "Gəncliyin siyasətlə maraqlanması məni sevindirir. Siyasəti pis bir iş adlandıranlara qarşı həmişə mübarizə etmək istəyərdim. Əgər bugünkü siyasətçiləri bəyənmirsənsə, onları dəyişdirməlisən. Siyasətçiləri bəyənmirsənsə, özün siyasətçi ol. Aktivistləri bəyənmirsənsə, elə özün aktivist ol. Ümumiyyətlə demək istəyirəm ki, Obamanı bəyənmirdim və pis əlaqələrimiz mövcud idi. Onun belə bir sözü var idi. Əgər siyasətçiləri bəyənmirsinizsə, gedin özünüz siyasətçi olun və sonra görün nə əldə edirsiniz. O bu deyimində tamamı ilə haqlı idi",-deyə M.Saakaşvii qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989