Haqqımızda Reklam
11 
Dek
2019
18:02
3
2
629

Parlamentin vitse-spikeri, Prezidentin səsləndirdiyi fikirlərə münasibət bildirib

"Prezidentin fikirlərini eşitdim. O qeyd edib ki, əsas silahımız təhsil və mədəniyyətdir onun fikirləri düzgün anlaşılmayıb" 24News.ge xəbər verir ki, bu sözləri Parlamentin vitse-spikeri Gia Volski deyib. Volskinin sözlərinə görə, Gürcüstan ordusu beynəlxalq standartlara cavab verən inkişaf etmiş bir ordudur: “Düşünürəm ki, burada mövzu tamamilə aydındır. Ordumuz bütün dünyada inkişaf etmiş və beynəlxalq standartlara uyğun səviyyəyə yüksəlmişdir. Ancaq prezidentin bu məsələ ilə bağlı verdiyi açıqlaması düzgün anlaşılmayıb. O qeyd edib ki, bizim əsas silahımız təhsil və mədəniyyətdir. Bizim prioritet müharibə deyil, əksinə təhsil olduğunu bildirmək istəyib. Əlbəttə ki, biz müharibənin tərəfdarı deyilik." - deyə Gia Volski bildirib. Qeyd edək ki, prezident Salome Zurabişvili ötən gün çıxışı zamanı "nə ordumuz, nə silahımız var, nə də bizim bölgəni fəth etmək üçün böyük iqtisadi potensialımız yoxdur, bizim ancaq elm, mədəniyyət deyilən güclü silahımız var deyə ifadələr işlədib."

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989