Haqqımızda Reklam
11 
Dek
2019
12:06
2
0
1771

Maliyyə nazirindən müəllimlərə və polislərə ŞAD XƏBƏR

Dünən ölkə parlamentində 2020-ci il dövlət büdcəsinin son versiyasının təqdimatı zamanı Maliyyə naziri İvane Macavariani müəllimlərin və polislərin əməkhaqqlarının artırılması barədə detallara aydınlıq gətirib. 24News.ge xəbər verir ki, nazir təhsil işçilərinin maaşlarının artırılması üçün büdcədən əlavə olaraq 120 milyon lari artırıldığını bildirib. İ.Macavarianinin sözlərinə görə, müəllimlərin maaşları ilkin mərhələdə 1 oktyabr tarixindən 150 lari dəyərində artacaq. Növbəti artım isə 2021-ci ildə baş tutacaq (150 lari). Qeyd edək ki, maliyyə naziri polislərin və yanğın söndürən əməkdaşlarının da maaşlarının artacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989