Haqqımızda Reklam
22 
Okt
2019
11:45
1
1
539

Giorgi Qaxaria: ''Tbilisi İpək Yolu Forumu'' çərçivəsində çıxış edib

''Gürcüstan tarixən ipək yolunun inkişafında böyük rol oynayıb. Müasir iqtisadi inteqrasiya və qlobalizasiya prosesində yeni ipək yolu layihəsində iştirak etmək bizim üçün böyük əhəmiyyət kəsb edir'' 24News.ge xəbər verir ki, bu barədə paytaxtda keçirilən ''Tbilisi İpək yolu Forumu'' çərçivəsində çıxış edən Gürcüstan baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, Gürcüstan bu yolun inkişafını nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və bu məqsədlə son illər Gürcüstanda nəqliyyat və infrastrukturun inkişafına dövlət səviyyəsində böyük dəstək göstərilir. Ölkə Bakı-Tbilisi-Qars kimi regional əhəmiyyətli layihələrin əsas iştirakçılarından biridir. Baş nazir qeyd edib ki, İpək Yolu Forumu Avropa və Asiya arasında ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə böyük töhfə verir. Giorgi Qaxaria ''Tbilisi İpək Yolu Forumu'' iştirakçılarına uğurlar arzulayıb və tədbirin qarşıya qoyulan məqsədlərə nail olacağına ümidvar olduğunu vurğulayıb. Qeyd edək ki, ''Tbilisi İpək Yolu Forumu'' bu gün səhər saatlarından başlayıb və sabah sona çatacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989