Haqqımızda Reklam
13 
Okt
2026
17:26
1
3
180

Xəngəl 15%, restoranda nahar isə 13% bahalaşıb

Milli Statistika Xidmətinin məlumatlarına əsasən, 2026-cı ilin sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə restoran və kafelərdə təqdim olunan məhsulların demək olar ki, hamısının qiyməti artıb. 24News.ge xəbər verir ki, ən çox tələb olunan yeməklərdən xəngəlin qiyməti 15,41%, xaçapurinin qiyməti isə 5,85% bahalaşıb. Statistikaya əsasən, xəngəlin və xaçapurinin hazırlanmasında istifadə olunan ərzaqların qiymətlərində də artım qeydə alınıb. Belə ki, hesabat dövründə qiymətlər aşağıdakı kimi artıb: Mal əti qiyməsi üzrə 15,52%; Mal əti üzrə 17,63%; Donuz əti üzrə 3,26%; Un üzrə 5,65%; Duz üzrə 0,46%; İmereti pendiri üzrə 3,44%; Soğan üzrə 35,15%; Bitki yağı üzrə 7,68% artıb. Bununla yanaşı, xəngəl və xaçapurinin hazırlanmasında istifadə olunan məhsullardan yalnız kərə yağı və göyərtinin qiyməti azalıb. Kərə yağı 1,55%, göyərti isə 5,26% ucuzlaşıb. Milli Statistika Xidmətinin məlumatına görə, restoranda naharın qiyməti 12,94% artıb. Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə çörəkbişirmə müəssisələrində xaçapurinin qiyməti 12,11%, kafelərdə qəhvənin qiyməti 2,31%, barlarda isə pivənin qiyməti 6,45% bahalaşıb. Qeyd edək ki, Milli Statistika Xidmətinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında Gürcüstanda aylıq inflyasiya 0,4%, illik inflyasiya isə 5,6% təşkil edib. Həmin dövrdə baza inflyasiyası 3,7%, tütün məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 3,5% olub.

www.24news.ge