Haqqımızda Reklam
13 
Okt
2026
10:21
8
2
209

Kvemo Kartli və İmeretidə narkotik ittihamı ilə iki nəfər saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Kvemo Kartli və İmereti polis departamentlərinin əməkdaşları narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə müxtəlif vaxtlarda iki nəfəri saxlayıblar. Saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır. 24News.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının kompleks şəkildə həyata keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz satışı sxemində iştirak ediblər. Polis məhkəmə qərarı əsasında saxlanılan şəxslərdən bir neçə dəfə nəzarət qaydasında narkotik vasitələr alıb. Həmin alışlar gizli audio və video çəkiliş vasitəsilə qeydə alınıb. Aparılan axtarışlar zamanı maddi sübut kimi “marixuana” narkotik vasitəsi və ehtimal olunan narkotik satışından əldə edilmiş pul götürülüb. Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge