Haqqımızda Reklam
02 
Okt
2026
16:07
2
1
137

Abituriyentlər üçün ikinci qəbul prosesinin vaxtı açıqlandı

2026-cı ilin abituriyentləri boş yerləri olan ali və peşə təhsil proqramları arasından seçim etmək imkanı əldə edəcəklər. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzi məlumat yayıb. Məlumata görə, “ikinci qəbul” mərhələsi çərçivəsində oktyabrın 5-i saat 11:00-dan oktyabrın 9-u saat 18:00-dək boş yerləri olan ali və peşə təhsili proqramlarını seçmək mümkün olacaq. Mərkəzin məlumatına görə, ikinci qəbulda 2026-cı il Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum səriştə həddini keçən, lakin ali məktəbə qəbul hüququ əldə etməyən abituriyentlər iştirak edə bilərlər. Həmçinin Vahid Milli İmtahanlarında hər bir fənn üzrə müəyyən edilmiş minimum həddi keçə bilməyən, lakin peşə təhsili proqramları üçün müəyyən edilmiş minimum səriştə həddini aşan abituriyentlərin də ikinci qəbulda iştirak etmək hüququ var. Qeyd olunub ki, proqramların seçilməsi qaydaları, ali və peşə təhsili müəssisələrinin proqramları, eləcə də abituriyentlər üçün ayrılmış yerlərlə bağlı ətraflı məlumat Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin yenilənmiş “Abituriyentlər üçün məlumat kitabçası”nda təqdim edilib. Mərkəz abituriyentlərə təhsil proqramlarını seçərkən təqdim olunan tövsiyələrlə tanış olmağı tövsiyə edib.

www.24news.ge