Haqqımızda Reklam
02 
Okt
2026
12:50
3
13
427

Kobaxidze: Avropa sivilizasiyası xristian əxlaqı və azadlıq idealları üzərində formalaşıb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Avropa sivilizasiyasının əsasları və Gürcüstanda xristianlığın 1700 ili” adlı beynəlxalq konfransda çıxış edib. 24News.ge xəbər verir ki, Kobaxidze bildirib ki, Avropa məkanı hazırda ciddi siyasi, ideoloji, demoqrafik və dəyər yönümlü çağırışlarla üz-üzədir. Onun sözlərinə görə, belə bir şəraitdə Avropa sivilizasiyasının xristian əxlaqı, insan ləyaqətinin toxunulmazlığı və azadlıq idealları üzərində formalaşdığını dərk etmək xüsusi əhəmiyyət daşıyır. Baş nazir qeyd edib ki, məhz bu prinsiplər Avropa xalqlarının kimliyini müəyyənləşdirən möhkəm təməli təşkil edir və onların qorunması bu gün əvvəlkindən daha mühümdür: “Ümumi Avropa ailəsinə doğru yolumuz məhz bu böyük sivilizasiyanı formalaşdıran həqiqi dəyərlərə əsaslanır. Gürcüstan gələcəkdə də bu yolu qətiyyətlə davam etdirəcək – biz öz ənənələrimizi, mənəvi kimliyimizi və çoxəsrlik irsimizi qoruyacağıq”, – deyə Kobaxidze bildirib. O, beynəlxalq konfransın təşkilatçılarına, Pravoslavlığın Parlamentlərarası Assambleyasına və tədbirdə iştirak etmək üçün Tbilisiyə gələn xarici qonaqlara təşəkkür edib. Kobaxidze bildirib ki, müzakirələrin ümumi Avropa gələcəyinin və mənəvi dəyərlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əmindir. Baş nazir çıxışının sonunda Gürcüstanda xristianlığın 1700 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.

www.24news.ge